Kokpit.az bildirir ki, Ferrari yeddiqat dünya çempionu Lyuis Həmiltonun tələblərini nəzərə alaraq 2025-ci il Formula 1 mövsümü üçün hazırladığı yeni avtomobilində əhəmiyyətli dəyişikliklər edəcək.
İtalyan xəbər agentliyi Formu1a.uno xəbər verir ki, bu dəyişikliklər asılqan dizaynında xüsusilə aydın görünür.
Ferrari komandasının mühəndisləri maşın həm Lyuis Həmilton, həm də Şarl Leklerin sürüş tərzinə uyğun olsun deyə ön asılqanlarda pull-rod dizaynına keçəcəklər.
Bu dəyişiklik hesabına Ferrari-nin daha rəqabətədavamlı avtomobil təqdim etməsi gözlənilir.
Pull-rod hesabına bolidin ön tərəfindəki ilişmə və balansın daha da yaxşılaşması düşünülür.
Şərh əlavə et