Kokpit.az bildirir ki, 2025-ci ildə peletonda ən az 3 debütantın olması gözlənilir.
Haas komandası artıq bu il Ferrari ilə Ciddədə xal qazanmış Oliver Bermanla müqavilə bağlayıb. Digər tərəfdən Alpine komandası Cek Duhən ilə, Mercedes isə Kimi Antonelli ilə müqavilə bağlamağa çox yaxındır. Bunlardan başqa Sauber-in Robert Şvartsman və ya Qabriel Borotleto ilə anlaşmaq ehtimalı var.
Qeyd edək ki, Kimi Antonelli bu il Formula 2 seriyasında debüt edib və 1 yarış qazanıb. Hazırda gənc italyan sürücü 84 xalla 7-ci yerdədir.
Şərh əlavə et