Xəbəri Kokpitdə Oxuyun!

Transfer bazarında Alonso rol oynaya bilər

Fernando Alonso bu mövsümün əvvəlində Aston Martin komandası ilə yeni çoxillik müqavilə bağlasa da, yay tətilində sürücü bazarında hələ də vacib rol oynaya bilər. 

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü aprel ayında Aston MArtin komandası ilə yeni müqavilə imzalamışdı, amma ikiqat Dünya Çempionu A14 Mangement şirkəti vasitəsi ilə sürücü bazarında vacib rol oynaya bilər.

A14 Manegement şirkəti hazırda Formula 2 çempionatında ikinci yerdə gedən Qabriel Bortoleto daxil olmaqla aşağı seriyalarda çox sürücüyə menecerlik edir.

Bortoleto istedadlı sürücüdür. Braziliyalı sürücü Formula 3-də çempion olduqdan sonra bu il Formula 2-də debüt edib. O debüt mövsümündə 4 dəfə podiuma yüksəlib və hazırda turnir cədvəlində lider İsak Hacardan 36 xal geri qalaraq, ikinci yerdə qərarlaşıb. Gənc sürücünün bu istedadı McLaren komandasının diqqətini cəlb edib və Britaniya komandası onu gənc sürücü proqramına götürüb.

Lakin Lando Norris və Oskar Piastrinin McLaren komandası ilə müqaviləəri olduğundan Bortoleto Formula 1-də yarışmaq üçün digər alternativləri dəyərləndirməyə başlayıb. Mattia Binottonun Audi Formula 1 layihəsinin başına gəlməsi ilə Qabriel Alman istehsalçının radarına düşüb. Bu da o deməkdir ki, gənc Qabriel növbəti mövsüm Niko Hülkenberqlə komanda yoldaşı ola bilər.

Təbii ki, hadisələrin bu cür cərəyan etməsində əfsanəvi Fernando Alonsonun da rolu var. Qabriel Bortoleto bu barədə belə danışıb: “Belə danışıqlar əlbəttə həmişə yay tətilində reallaşır. Lakin mən Formula 2-dəki mövsümümə tam gücümlə bağlıyam. Bu il mənə hər cür dəstək verən McLaren komandası ilə müqaviləm var. Bundan başqa hamınız bilirsiniz ki, karyerama hazırda A14 Management şirkəti nəzarət edir”.

Ancaq Bortoletonun 2025-ci ildə Sauber komandasında yarışacağı hələ də dəqiq deyik. Valtteri Bottas da növbəti mövsüm komandada qalmaq üçün mübarizə aparır və komanda rəhbərliyini razı salmaq üçün bir neçə yarışı var.

Rauf Hacıyev

Şərh əlavə et