Kokpit.az bildirir ki, SanDisk yaddaş kartlarında meyarı bir az da qaldırıb. Amerikada təşkil olunan “Future Memory and Storage Summit” (Gələcək Yaddaş və Saxlama Sammiti) tədbirində Sandisk şirkəti Dünyanın ilk 4TB MicroSD və 8TB SD kartlarını təqdim edib. Bəs bu kartlar sürətli olacaq? Sizə onların xüsusiyyətlətini təqdim edirik.
SanDisk qeyri-adi yaddaş kartlarını xüsusilə ağıllı telefonlar, oyun aparatları, dronlar, kameralar və notbuklar üçün dizayn edib. Lakin bu kartlar sadəcə UHS-İ standartını dəstəkləyir. Yəni ki, SanDisk daha çox yaddaş üçün sürətdən bir az imtina edib.
Sürətə gəldikdə isə SanDisk-in hazırda istehsal etdiyi 1TB UHS-İ microSD kartları minimum 30 MB/s, maksimum 200 MB/s sürətlərə çatır. Lakin bu sürətlər həmişə stabil olmur. Məsələn, SanDisk-in 1.5TB microSD kartı sadəcə 10 MB/s sürətə çata bilir və V10 kateqoriyasındadır. Yeni 4TB və 8 TB kartların sürətləri hələ açıqlanmayıb, amma indidən sizə deyim ki, gözləntiləri çox yüksək tutmayın.
Bəs bu qədər böyük tutumu olan kartlar nə işə yarayır? Belə deyək: 8TB-lik SD karta bütün film kolleksiyanızı, şəkillərinizi, videolarınızı və oyunlarınızı sığdıra bilərsiniz. Ya da siz drondan istifadə edirsinizsə, uçuş vaxtı çəkdiyiniz bütün yüksək keyfiyyətli videolarınızı bir kartda saxlaya bilərsiniz.
SanDisk şirkəti bu kartlardan əlavə 16TB tutumlu daşınan SSD olan “SanDisk Desk Drive” adlı konsept cihazı da təqdim edib. Bu cihaz sizə daha çox saxlama sahəsi və performans təqdim edir. Əsl kontent hazırlayanların, fotoqrafların və videoqrafların malıdır.
Bəs siz nə düşünürsünüz? 4TB microSD və 8TB SD kartlara ehtiyacınız var? Yoxsa bu tutum çoxdur?
Şərh əlavə et