Kokpit.az xəbər verir ki, son dövrlərdə Formula 1-ə qoşula biləcək brendlər barədə çoxsaylı xəbərlər çıxıb. Onlardan biri də Porsche olub. Lakin alman nəhənginin nümayəndəsi onsuz da aktuallığını daha əvvəl itirmiş bu məsələyə nöqtə qoyub.
Tomas Lodenbax: “Mövzu bağlıdır. İndi Formula 1 bizim üçün hədəf deyil. Buna görə də bunun üçün heç bir səy sərf etmirik. Biz yalnız hazırda gördüyümüz işlərə diqqət yetirmişik və baxsanız, bizim çoxlu müxtəlif layihələrimiz var. Bunlarla tam məşğuluq və son dərəcə xoşbəxtik”.
Qeyd edək ki, daha əvvəl Porsche-nin ən azı 2030-cu ilə qədər Formula E elektrik çempionatında iştirakını davam etdirəcəyi açıqlanmışdı. Bu, alman şirkətinin bəyanatından məlum olub.
Şərh əlavə et