Xəbəri Kokpitdə Oxuyun!

M.Vebber: Piastri düz edir

Oskar Piastrinin meneceri Mark Vebber bildirib ki, gənc sürücü danışmaqdansa performansını trasda göstərir.

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü bu mövsüm Formula 1-də ikinci ilini keçirsə də, bu il Macarıstanda karyerasının ilk qələbəsini qazanıb.

Oskar Piastri karyerası ərzində cəmi 36 yarışa qatılsa da, artıq ulduzlardan biri sayılır.

Mark Vebber düşünür ki, Piastri hadisələrə düzgün yanaşır: “Piastri anladı ki, iş görmək danışmaqdan daha yaxşıdır. Onunla işləməkdən həzz alıram. Çox istedadlı sürücüdür və buna şübhə etmirəm. Gələcəkdə bu istedadını göstərməyə davam etmək üçün nə lazım olduğunu bilir.

Mən şəxsən potensial sözündən nifrət edirəm. Bu potensial nədirsə, hər şeyini ortaya qoyduğunuzdan əmin olmalısınız. O da bilir ki, iş görmək danışmaqdan daha yaxşıdır.

Karyerasına çox gözəl başlanğıc etdi. Lider qrupdakı sürücü çox təcrübəlidirlər. Bu maşınları sürmək çox çətindir, amma Oskarın davamlı olaraq onlara qarşı yarışması və beşliyə düşməsi tərifə layiqdir.

Müxtəlif səbəblərə görə əldən qaçan fürsətlər var, çünki uğurlu olmaq üçün hər şeyi doğru etmək lazımdır. Bunu Maks Ferstappenin ya da Silverstounda yarış qazanan Lyuis Həmiltonun timsalında gördük”.

Rauf Hacıyev

Şərh əlavə et