Kokpit.az xatırladır ki, Aston Martin komandası bu il gözləntiləri qarşılaya bilmir. Lakin komandanın əsas sürücüsü Fernando Alonso formadan düşüb və əvvəlki kimi performans göstərə bilmir. İkiqat Dünya Çempionu bu il 5 dəfə sıralanma turunda Strolldan geridə qalıb. Belə hal keçən il cəmi 3 dəfə yaşanmışdı.
Eddi Cordan: “İlin əvvəlində Alonso mükəmməl idi. Hazırda harada olduğunu və onluğa düşüb-düşmədiyini görmək üçün nəticələrə baxmalıyam.
Belçikada yaxşı sürdü. Aston Martin üçün yaxşı xal topladı, amma hazırda o, ən yüksək performansını göstərmir”.
Aston Martin keçən il mövsümə əla başlamış və əksər yarışlarda Red Bull-un ən yaxın rəqibi olmuşdu. Eddi Cordan düşünür ki, “yaşıllar”ın zəifləməsi Alondoya psixoloji təsir edib və ispaniyalı sürücü ilə Həmiltonu müqayisə edib: “Alonso elə düşünür ki, o, Lyuis qədər yaxşı sürücüdür. Gözləyirdi ki, bu il Lyuislə mübarizə aparsın və düsünü desək, bu alınmadı. Mövsümün qalan yarışlarında da bu halın baş verəcəyinə inanmıram”.
Şərh əlavə et