Kokpit.az xatırladır ki, Andrea Stella 2010-2014-cü illərdə Ferrari komandasında Fernando Alonsonun yarış mühəndisi olmuşdu. İspaniyalı sürücü 2015-ci ildə McLaren-ə gedəndə Stellanı da özü ilə aparmış və burada da 4 il birlikdə işləmişdilər.
Andrea Stella 2023-cü ilin əvvəlində McLaren komandasının rəhbəri təyin olunmuş və bundan sonra “narıncılar”ın yüksəliş dövrü başlamışdı. Britaniya təmsilçisi artıq çempionluq barədə düşünür.
Fernando Alonso verdiyi son müsahibəsində Stellanın çox güclü mühəndis olduğunu və onun uğurlarına təəccüblənmədiyini bildirib: “O, doğrudan da inanılmaz insandır. Hər şeydən əvvəl çox güclü mühəndisdir və indi də komanda rəhbəridir. O, çox yaxşı oğlandır. Dürüstdür və işini görəndə qarşısındakını da düşünür. Belə insanlar həmişə həyatda uğurlu olurlar.
O, çox yaxşı lider və dediyim kimi çox yaxşı empatiya qurur. Buna görə də qazandığı uğurlara təəccüblənmirəm”.
Şərh əlavə et