Kokpit.az xatırladır ki, Sayns 2024-cü il mövsümünün sonunda Ferrari-ni tərk edərək Williams-a keçəcək. Onun yerini hazırda Mercedes-də çıxış edən yeddiqat dünya çempionu Lyuis Həmilton alacaq. Mətbuatın yazdığına görə, Həmiltonun Ferrari-dəki ümumi gəliri ildə 100 milyon dollara qədər artacaq.
Deymon Hill: “Qaytıması mümkündür. Düşünürəm ki, Karlosun hələ də imkanları olacaq. Pilot bazarda vəziyyət daim dəyişir. Təəssüf ki, indi də belə məqamdır. Bəlkə Lyuis tamamilə təqaüdə çıxmaq qərarına gələcək.
Qeyd edək ki, Sayns cari mövsümdə komanda yoldaşı kimi, 1 qələbə qazanıb və daha 4 dəfə podiumun üçüncü pilləsində qərarlaşıb. Hazırda çempionatda beşinci yerdədir.
Şərh əlavə et