Kokpit.az xatırladır ki, Aston Martin komandasının hazırkı sürücüsü Fernando Alonso 2007-ci ildə McLaren-də bir mövsüm keçirmiş, 2015-ci il mövsümündən əvvəl yenidən komandaya qayıtmışdı, çünki Uokinqdə yerləşən komanda 2015-ci ildə Honda ilə texniki tərəfdaşlığını bərpa etmişdi.
Lakin bu, ikiqat Dünya Çempionu Alonsonun karyerasının ən məyusedici dövrü idi və McLaren o dövrlər demək olar ki, outsayderlərdən biri idi.
McLaren 2017-ci il mövsümünün sonunda Honda ilə münasibətlərinə son qoydu və 2018-ci ildə Renault mühərrikləri ilə daha bir problemli mövsüm keçirdi.
2018-ci il mövsümündən sonra idmana müvəqqəti fasilə verən Alonso iki ildən sonra – 2021-ci ildə Formula 1-ə yenidən qayıtmışdı. 43 yaşlı Alonso qayıtdıqdan sonra Alpine ilə 1, Aston Martin ilə isə 8 podium qazanıb.
2016-cı ildə McLaren-ə idarəedici direktor kimi qoşulan və 18 ay sonra idarə heyətinin rəhbəri olan Zek Braun birlikdə olduqları müddətdə Alonso ilə yaxşı münasibət qurmuşdu.
Zek Braun hazırda peletonun ən yaşlı sürücü barədə danışıb və onu xüsusi istedad adlandırıb. Bundan başqa 2015-2018-ci illərdə ona güclü maşın verə bilmədikləri üçün peşman olduğunu deyib: “Lando və Oskarı kənara qoysaq, Fernando Alonsonun çox xüsusi bir istedad olduğunu deyə bilərəm.
Fernando ilə gözəl münasibətim var. O bizimlə yarışanda ona yaxşı maşınla təmin edə bilməmək bizim üçün böyük məyusluqdur. Onu yarışarkən izləmək və yaşına baxmayaraq belə performansını görmək doğrudan da gözəldir”.
Şərh əlavə et