Kokpit.az xatırladır ki, monakolu sürücü 2019-cu ildən Ferrari komandasında yarışır və onun ən yaxşı nəticəsi 2022-ci ildə Sürücülər Çempionatındakı ikinci yerdir.
Şarl Lekler növbəti mövsümlərdə də “qırmızılar”ın heyətində yarışacaq və onun komanda yoldaşı yeddiqat Dünya Çempionu Lyuis Həmiıton olacaq.
Şarl Lekler: “Hədəfim Ferrari ilə Formula 1-də Dünya Çempionu olmaqdır. Bunu sadəcə Ferrari ilə istəyirəm. Yəni ki, hələlik sadəcə buna fokuslanmışam.
Performans cəhətdən hələ də istədiyimiz yerdə deyilik, amma zirvəyə çıxmaq üçün doğrudan da çox işləyirik. Komandanın işləmə şəklinə görə deyə bilərəm ki, gələcəyimiz çox parlaq görünür.
Amma kaş indiki vəziyyətdə də maşınımız güclü olardı və biz yarışlar qazanardıq”.
Qeyd edək ki, Şarl Lekler bu mövsüm sadəcə bir qələbə qazanıb. O qələbə isə onun doğma vətəni Monakoda gəlib.
Şərh əlavə et