Xəbəri Kokpitdə Oxuyun!

İphone 16-nın təqdimat tarixi məlumdur?

Apple-ın yeni iPhone 16 seriyasını nə vaxt təqdim edəcəyi ilə bağlı yeni iddialar irəli sürülüb.

Apple ənənəvi olaraq yeni iPhone seriyasını payızın əvvəlində, adətən sentyabr ayında təqdim edir. Bu ilki iPhone  16 seriyasının da sentyabr ayında çıxacağı gözlənilir. Sentyabr ayına az qaldığından, Apple-ın iPhone 16-nı nə vaxt təqdim edəcəyi ilə bağlı yeni iddialar irəli sürülür.

İddiaya görə, Apple iPhone 16 seriyasını sentyabrın 10-da təqdim edəcək. Bu modellərin satışa çıxarılacağı tarix isə sentyabrın 20-si olacaq. Təqdimatdan bir neçə gün əvvəl iPhone 16 və iPhone 16 Pro Max haqqında digər məlumatlar ortaya çıxacaq.

Apple yeni smartfon seriyasında Apple Intelligence adlı süni intellekt xüsusiyyətlərini iOS-a inteqrasiya edərək istifadəçilərinə təqdim edəcək. Bundan əlavə bu modeldə batareya tutumu artacaq və iPhone 16 Pro Max 6.9 düym ilə daha böyük  model olacaq və sələfindən daha tünd rəng tonları ilə gələcək.

 

Apple-ın İPhone 16 Pro və Pro Max üçün prosessor seçiminin A18 Pro olacağı gözlənilir. Bu çip nəinki A17 Pro-dan daha yüksək CPU gücünə malikdir, həm də süni intellektin cihazda istifadəsini asanlaşdırır və daha səmərəli edir. Standart modeldə A18 Pro çipinin, yoxsa keçən ilki prosessorun istifadə ediləcəyi ilə bağlı müəmmalar var.

Rauf Hacıyev

Şərh əlavə et