Kokpit.az xatırladır ki, Audi növbəti mövsüm üçün ideal sürücü heyətini qurmağa çalışsa da, Niko Hülkenberqin komanda yoldaşının kim olacağı bəlli deyil.
Çoxları İsveçrə komandasının Valtteri Bottasla müqavilə uzada biləcəyini düşünür, çünki Sauber bu mövsüm çox pis vəziyyətdə olsa da, onun bu il çox yaxşı çıxış etdiyi göz qabağındadır.
Amma indi Mattia Binotto Audi layihəsinin rəhbəridir və onun hansı yolla gedəcəyi hələ məlum deyil. Təcrübəli Hülkenberq artıq komandada olduğu üçün ikinci oturacağa risk edib daha gənc sürücü dəvət edə bilərlər.
Mik Şumaxerin variantlardan biri olduğu çoxdan məlumdur. Onlar alman pilota bir il şans vermək və onun istedadını daha aydın görmək istəyə bilər, amma mənbələr bunun ehtimalını az görürlər.
Bildirilir ki, namizədlər siyahısında Binottonun Ferrari-dən yaxşı tanıdığı Robert Şvartsman, həmçinin Formula 2-də yarışan Qabriel Bortolote var.
Lakin Auto Motor und Sport gözlənilməz olmasa da, yeni sürücünün namizəsliyini irəli sürüb: Bu Aleks Paludur. Audi ikiqat IndyCar çempionu olan və bu mövsüm Amerika seriyasına liderlik edən ispaniyalı sürücü ilə ciddi maraqlanır.
Chip Ganassi Racing-in sürücüsü əvvəllər Formula 1 avtomobilini idarə etmək təcrübəsi olub. Palu bir neçə dəfə McLaren ilə sərbəst yürüşlərdə çıxış edib.
O, sonradan McLaren ilə F1-ə daxil olmaq istəsə də, buna nail ola bilməyib. Lakin Palu ilə bağlı problem var: McLaren ilə müqaviləni pozduğu üçün məhkəmə ilə bağlı problem yaşaya bilər. McLaren komandası müqavilə öhdəliklərini pozduğuna görə gənc sürücüdən 30 milyon dollar tələb edib.
Hələlik Audi-dən bu məsələ ilə bağlı heç bir açıqlama yoxdur.
Şərh əlavə et