Kokpit.az xatırladır ki, 2024-cü il mövsümündən əvvəl Krsitian Hornerin bir qadın işçini narahat etdiyi söz-söhbəti çıxmış və Red Bull komandası buna görə müstəqil araşdırma başlatmışdı. Səkkiz həftə davam edən araşdırmadan sonra Hornerə qarşı olan şikayətlər rədd edilmişdi. Araşdırmadan sonra işdən çıxarılan qadın işçi bundan sonra etiraz etməyə qərar vermişdi.
Red Bull çirkəti dördündü gün verdiyi açıqlamada bildirib ki, başqa bir müstəqil vəkil tərəfindən baxılan bu etiraz da rədd edilib.
Bu barədə Red Bull şirkəti belə açıqlama verib: “Bu ilin əvvəlində Kristian Horner haqqında edilən şikayət araşdırılmağa başlanıldı. Şikayət şirkət prosedurların daxilində, şikayəti rədd edən müstəqil vəkilin təyin olunması ilə ələ alındı.
Lakin şikayət sahibi etiraz haqqından istifadə etdi və etriaz başqa bir müstəqil vəkil tərəfindən ələ alındı. Etiraz prosesinin bütün mərhələləri tamamlanıb və son qərar olaraq etiraz qəbul edilməyib.
Vəkilin gəldiyi nəticə Red Bull tərəfindən qəbul edilib. Şirkət daxilindəki proses sona çatın. Şirkər bütün işçilərin şəxsi həyatına hörmət edir və hazırda bu barədə ictimaiyyətə çox açıqlama verilməyəcək. Red Bull yenə də iş yeri kimi ən yüksək standartları qarşılamağa davam edir”.
Red Bull Formula 1 komandası artıq məsələnin bağlandığını düşünür.
Şərh əlavə et