Kokpit.az xatırladır ki, Andretti komandasının Formula 1-ə gəlişinə bir çoxları əmin olsa da, hətta FİA-nın bunu dəstəkləməsinə baxmayaraq, Liberty Media rədd cavabı vermişdi. Şirkətin baş direktoru Qreq Maffei təşkilatın əməkdaşlığa və Andretti ilə bağlı qərarı ilə bağlı istənilən məlumatı verməyə hazır olduğunu bildirib.
Qreq Maffei: Biz əməkdaşlıq edəcəyik və bizdən tələb olunan istənilən məlumatı təqdim etməyə hazırıq. Qərarımız ABŞ-ın bütün antiinhisar qanunlarına uyğun idi. Əvvəlki açıqlamalarımızda bunun əsaslandırmasını ətraflı izah etmişik”.
Qeyd edək ki, Formula 1-də çıxış edən komandalar daha əvvəl yeni bir komandanın gəlişinə etirazlarını bildirmişdilər. Bu da daha çox mükafat fondu ilə bağlı olan məsələdir. Çox güman ki, Liberty-nin bu addımı atmasına əsas səbəb də sözügedən faktor olub…
Şərh əlavə et