Kokpit.az bildirir ki, daha əvvəl Mercedes komandasının 12 illik tərəfdaşı Puma-dan imtina edərək, Adidas-la anlaşdığı iddia edilmişdi.
İndi isə bəzi resurslar bildirir ki, almaniyalı idman geyimi istehsalçısı 2026-cı ildə Formula 1-ə gəlməyə hazırlaşan Audi ilə danışıqlar aparır. Belə görünür ki, tərəflər uzun müddətdir ki, danışıqlar aparırlar və artıq son nöqtəyə gəliblər.
Xəbərdə belə yazılıb: “Audi Formula 1 komandası ilə danışıqlar son nöqtəyə çatıb və Adidas brendi 2026-cı ildən etibarən Audi-nin geyim tərəfdaşı olmağa yaxındır.
Adidas-ın Mercedes-lə müqaviləsinin 2025-ci ildə başlaması gözlənilir. Bundan bir il sonra isə Audi ilə işləməyə başlayacaqlar.
Audi bundan əvvəl Castrol&BP ilə tərəfdaşlıq müqaviləsi imzalamışdı. Tezliklə başqa müqavilələrin də bağlanması gözlənilir.
Şərh əlavə et