Kokpit.az bildirir ki, bəzi iddialara görə Kimi Antonelli növbəti mövsüm Mercedes komandasında Lyuis Həmiltonu əvəz edə bilər. Lakin gənc italyan pilot bu mövsüm karyerasının ilk Formula 1 yarışına çıxa bilər.
Williams komandasının rəhbəri Ceyms Vavls bildirmişdi ki, onlar mövsümün ikinci yarısında Loqan Sarcentlə yollarını ayıra bilərlər: “Loqan komandada qalmağa layiq olmalıdır. Bu hal Alek Elbon üçün belədir, mənim üçün də.
Loqanın Williams-dakı yerinin təmin olunduğunu qətiliklə demək istəmirəm. Lakin elə düşünməyin ki, Toto Volff bizi Kimi Antonellini transfer etməyə məcbur edir.
Şəxsən mən çox istəyərəm ki, Loqana uğurlu olması üçün fürsət verim. Lakin mövsümün ikinci yarısında maşını təkmilləşdirdikdən sonra Mühəndislər Kubokunda maksimum nəticə qazandığımıza əmin olmaq istəyirəm.
Əgər Loqan yaxşı nəticələr qazansa, çox sevinərəm. Əks halda digər alternativlər barədə düşünəcəyəm”.
Qeyd edək ki, Kimi Antonelli hazırda Formula 2-də yarışır və o, debüt mövsümündə 1 qələbə qazanaraq, 87 xalla turnir cədvəlində 7-ci yerdə qərarlaşıb.
Şərh əlavə et