Xəbəri Kokpitdə Oxuyun!

Red Bull Peresin maşınını ilk konfiqurasiyaya qaytaracaq

Red Bull komandası Serxio Peresin bolidini bu mövsümünün əvvəlində olan konfiqurasiyaya qaytarmaq variantını nəzərdən keçirir.

Kokpit.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Məşhur yayım quruluşu komandanın idman məsləhətçisindən sitat gətirib.

Helmut Marko: “İnanırıq ki, vəziyyəti dəyişdirə və onun üçün daha sabit hala gətirə bilərik. Maksın komanda yoldaşı olmaq Formula 1-də ən xoş şey deyil. Serxionun öz xidmətləri var, yarışlarda qalib gəlib. Müzakirələrimiz təkcə yarışçılarla bağlı olmayıb. Biz müntəzəm olaraq vəziyyəti yaxşılaşdırmaq üçün nə edə biləcəyimizi müzakirə edirik. Çalışmalıyıq ki, maşını daha asan idarə edək. Maşını idarə etmək nə qədər çətin olarsa, Maksla fərq bir o qədər böyük olur, çünki o, böyük istedaddır.

Beləliklə, Maksın əhatəsində olmaq tamam başqa bir hekayədir. Beləliklə, biz düşündük və belə fikir səsləndirdik: gəlin maşını idarə etməyi asanlaşdırmağa, daha çox tarazlığa nail olmağa çalışaq, bu da Maksın istədiyidir. Ən yaxşısı isə Serxio ilə işləməyə davam etmək və ümid etməkdir ki, əsas problem bu eniş-yoxuşlar olub”.

Qeyd edək ki, 14 mərhələdən sonra Serxio Peres çempionatda yeddinci yerdədir. Bu mövsüm meksikalı dörd dəfə podiuma çıxıb, lakin onun uğurları ilk beş yarışda olub. Son 6 yarışda isə ümumiyyətlə ilk beşliyə düşə bilməyib.

Xatırladaq ki, daha əvvəl Formula 1 sahibi Liberty Media-nın oktyabrda baş tutacaq Meksika Qran Prisinə görə komandadan sürücü Serxio Peresi qovmamağı xahiş etməsi ilə bağlı şayiələr yayılmışdı.

 

Elçin Zodorov

Şərh əlavə et