Kokpit.az İtaliya mətbuatına istinadən bildirir ki, Andrea Kimi Antonelli 2025-ci ildə Lyuis Həmiltonu əvəzləyərək Corc Rassellin komanda yoldaşı olacaq. Rəsmi açıqlamanın İtaliya Qran Prisindən əvvəl veriləcəyi gözlənilir.
İtalyan sürücü keçən il Formula 3-də Dünya Çempionu olduqdan sonra bu il Formula 2-də debüt edib. Formula 2-də isə bir qələbəsi var və turnir cədvəlində yeddinci yerdədir. Gənc sürücünün Formula 1-də yarışmaq üçün FİA super lisenziyası var.
Mercedes komandası Kimi Antonellini Formula 1-ə hazırlamaq üçün əlindən gələni edir və onu bir neçə dəfə Formula 1 bolidi ilə testlərdə sınayıb. Belə görünür ki, Antonellinin performansı Mercedes-i razı salıb. Üstəlik Formula 2-də yavaş-yavaş performansını artırması da komandada gənc sürücü haqqında olan sual işarələrini yox edib.
Bu isə o deməkdir ki, Toto Volffun Maks Ferstappeni transfer etmək istəyi ən az birillik təxirə salınacaq.
Şərh əlavə et