Xəbəri Kokpitdə Oxuyun!

M.Arrivabene: Heç kim cibindən 0.2 saniyə çıxarmır

Ferrari komandasının sabiq rəhbəri Mauritsio Arrivabane bildirib ki, Şarl Lekler istedadlı sürücü olsa da, bolid faktoru çox vacibdir.

Kokpit.az xatırladır ki, Ferrari komandası artıq uzun illərdir ki, enişli-çıxışlı qrafiklə yarışır. “Qırmızılar” bu il Karlos Saynsla Çində, Şarl Leklerlə Monakoda qalib gəlsə də, son yarışlarda dördüncü sürətli komanda təəssüratı yaradır.

Mauitsio Arrivabene bu barədə belə danışıb: “Lekler böhranda deyil. Sadəcə bir az məyus olub. Ona hörmət edilməlidir, onu anlamalıdırlar və ondan maksimumu almaq üçün yanında düzgün adamlar olmalıdır.

Əgər bir adam istedadlıdırsa, bunu birdən itirməz. Şarl da bu vəziyyətlə qarşı-qarşıya qalıb.

Lyuis onun inkişafına kömək edə bilər, çünki peletondakı ilk rəqibiniz həmişə komanda yoldaşınızdır.

Ancaq çox şey əllərindəki maşından asılı olacaq. Peletondakı ən yaxşı sürücü Maks Ferstappendir, amma onun performansı da tamamilə maşından asılıdır. O belə cibindən 0.2-0.3 saniyə çıxara bilmir”.

Rauf Hacıyev

Şərh əlavə et