Xəbəri Kokpitdə Oxuyun!

McLaren Nyui ilə maraqlanmır

McLaren Racing-in idarə heyətinin rəhbəri Zek Braun bildirib ki, onlar Ədrian Nyui ilə maraqlanmırlar. 

Kokpit.az xatırladır ki, Ədrian Nyui gələn ilin əvvəlində Red Bull ilə yollarını ayıracaq. Onu əksər komandalar heyətinə qatmaq istəyir. Lakin McLaren komandası o komandalardan biri deyil.

Zek Braun: “Ədrian ilə müqavilə bağlamayacağıq. Komandadan çox razıyam. Ədrian əla dostdur, böyük istedaddır və çox mükəmməl tərcümeyi-halı var. Lakin biz öz əlimzidəkindən razıyıq və bundan yaxşısını istəyə bilmərəm. Bu iki bu komanda ilə bacara bilərik. Əlimizdəki komandadan razıyam və bu gün burada bu komanda ilə Dünya Çempionluğunu qazamağa çalışacağıq.

Bu mövsüm bizi böyük mübarizə gözləyir. Məncə, dörd komanda arasında amansız mübarizə gedəcək. Dastanlara düşəsi mübarizələr izləyəcəyik. Demək olar k, bütün traslarda qalib gələ biləcək 8 sürücü ilə həyəcanlı mübarizə olacaq”.

Qeyd edək ki, İtaliya mətbuatının verdiyi xəbərə görə Ədrian Nyui artıq Aston Martin komandasına transfer olunub və bu müqavilənin sentyabr ayında açıqlanması gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et