Xəbəri Kokpitdə Oxuyun!

Çjou Formula 1-də qalmaq istəyir

Sauber komandasının sürücüsü Quanyu Çjou Formula 1-dəki gələcəyi barədə danışıb.

Kokpit.az xatırladır ki, bir neçə gün bundan əvvəl Mattio Binotto Audi/Sauber komandasına qatılıb və bundan sonra komandada vacib dəyişikliklər olub.

Quanyu Çjou komandada yaşanana bu dəyişikliklərin təsirini və Formula 1-dəki gələcəyindən danışıb: “Formula 1-də qalmaq istəyirəm. Fərqli komandalarla da danışıqlar aparırıq, amma Sauber həmişə alternativlərdən biridir.

Hazırkı imkanlarla Audi daha yaxşı yerdə olmağı gözləyirdi və bu mövsüm yaşanan problemlərdən sonra komandada bəzi dəyişikliklər olması lazım idi. Buna görə də bu dəyişikliklərə görə təəccüblənmədim, çünki bəzi söz-söhbətlər var idi.

Amma deyəsən hamı bu həftə öyrəndi. Buna görə də əvvəldən planlaşdırılmış qərar kimi görünmür. Çox ani qərar oldu. Təbii ki, biz rəsmiləşmədən əvvəl mövzu ilə bağlı məlumat aldıq. Mən təəccüblənmədim, sadəcə bir yerdə işləmək və bu mövsümü umid etdiyimiz kimi bitirmək vacib idi.

Mattia Formula 1-də yeni deyil. Onun mühəndislik biliyi və təcrübəsi komandaya böyük dəyər qatacaq. Hələ onunla söhbət etməyə fürsət tapmamışam. Yeni rəhbərliklə oturub hər şeyi danışmaq və nə istədiklərini anlamaq çox vacibdir. Qərarlar yay tətilindən əvvəl verilməyəcək. Oktyabr ayında dəqiqləşəcək”.

Qeyd edək ki, Sauber komandası bu il xal ala bilməyən yeganə kollektivdir. Buna görə də Andreas Zaydl və Oliver Hoffman komandadan göndərilib və Mattia Binotto vəzifəyə gətirilib.

Rauf Hacıyev

Şərh əlavə et