Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin Ferstappeni istəyir?

İtaliya mətbuatının verdiiy xəbərə görə Aston Martin komandası Maks Ferstappenlə danışıqlara başlayıb.

Maks Ferstappenin Red Bull-dakı gələcəyi sual altında olduğu vaxtda  Aston Martin gənc sürücüyə  potensial iddiaçı kimi ortaya çıxıb.

Aston Martin komandasının sensasiyalı keçidlə bağlı Maks Ferstappenlə danışıqlar apardığı və Idrian Nyui ilə razılıq əldə etdiyi bildirilir.

İtalyada nəşr olunan  Autosprint-in məlumatına görə, Nyuini Aston Martin-ə gətirəcək paketlə bağlı razılıq əldə olunub və Esseks əsilli mühəndisin keçidi sentyabr ayında rəsmi olaraq elan ediləcək.

Bununla belə Lourens Stroll Red Bull-dan Nyui almaqla kifayətlənmir. İddialara görə kanadalı iş adamı Ferstappeni də istəyir və artıq müqavilə danışıqları başlayıb.

Honda-nın 2026-cı ildə başlayaxaq xüsusi tərəfdaşlığı və həm Nyui, həm də Den Fellouz layihədə iştirak etdiyi halda, Ferstappenin bu fürsətdən istifadə etmək istəyəcəyini düşünmək olar.

Niderlandlı sürücünün gələcəyi bu mövsüm davamlı müzakirə mövzusu olub. Üçqat dünya çempionunun Kristian Hornerlə bağlı vəziyyətdən və komandanın McLaren və Mercedes-lə müqayisədə təkmilləşməməsindən məyus olduğu bildirilir.

Lakin bütün bu problemlərə baxmayaraq 26 yaşlı sürücü Red Bull komandasında qalmağa davam edir və o daha əvvəl bildirib ki, komandası performansda geriləsə də, oranı tərk etmək fikri yoxdur.

Rauf Hacıyev

Şərh əlavə et