Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin açıqlama yayıb

Aston Martin komandası Ədrian Nyui ilə bağlı xəbərlərə görə açıqlama yayıb.

Kokpit.az İtaliya mətbuatına istinadən bildirmişdi ki, Ədrian Nyui son qərarını verib və Aston Martin-i seçib.

Şayiələrə görə Nyuiyə dördillik müqavilə təklif edilib və ona hər il üçün 100 milyon dollar ödəniləcək. Bu isə dörd il ərzində 400 milyon dollara bərabərdir.

Aston Martin komandası bu gün bu şayiə ilə bağlı açıqlama yaysa da, onların Ədrian ilə müqavilə bağlayıb bağlamadığı barədə bir söz deyilməyib: “Aston Martin Aramco F1 komnadası, Lourəns Strollun geniş düşüncəsi, ən son texnologiya ilə təchiz olunmuş bazası və həm Aramco, həm də Honda ilə olan tərəfdaşlığa görə cəzbedici layihədir

Komandanın bütün şöbələrində layihəmizə daxil olan çox sayda yüksək səviyyəli isim var, amma hələ açıqlayacaq bir şey yoxdur”.

Qeyd edək ki, Ədrian Nyui daha əvvəl Aston Martin komandasının bazasını ziyarət edib.

Rauf Hacıyev

Şərh əlavə et