Xəbəri Kokpitdə Oxuyun!

İddia: Nyui artıq Aston Martin-dədir

Belə görünür ki, Ədrian Nyui artıq seçimini edib. Bu, Aston Martin komandasıdır.

Kokpit.az İtaliya mətbuatına istinadən bildirir ki, Ədrian Nyui son qərarını verib və Aston Martin-i seçib. Bu müqavilə sentyabr ayının əvvəlində açıqlanacaq, çünki Ədrian ilə Red Bull arasındakı müqavilədə avqustun sonuna qədər bəzi məhdudiyyətlər var.

Aston Martin-in rəhbəri Lourens Stroll uzun müddət idi ki, Ədrian Nyuini komandaya gətirmək istəyirdi. Belə görünür ki, Britaniya təmsilçisi əfsanəvi mühəndisi razı sala bilib. Ədrian Nyuinin də İngiltərə qalmaq istəməsi bu qərarda vacib rol oynayıb.

Şayiələrə görə Nyuiyə dördillik müqavilə təklif edilib və ona hər il üçün 100 milyon dollar ödəniləcək. Bu isə dörd il ərzində 400 milyon dollara bərabərdir.

Nyui  indiyə qədər birlikdə çalışdığı Williams, McLaren və Red Bull komandalarına ən az bir çempionluq qazandırmağa kömək edib.

Aerodinamikanın atası olan Ədrian Red Bull-dan ayrıldıqdan sonra meneceri Eddi Cordan vasitəsilə Ferrari, McLaren və Williams, eləcə də Aston Martin ilə danışıqlar aparıb.

Autosprint nəşrinin məlumatına görə, Nyui həm Strollun layihəsinə həm də Honda ilə ortaqlığa da inanır.

Məlum olduğu kimi o, bundan əvvəl Aston Martin-in Silverstoundakı yeni bazasında olub Bu isə o deməkdir ki,  Fernando Alonso və Nyui  ilk dəfə birlikdə çalışacaqlar.

Rauf Hacıyev

Şərh əlavə et