Kokpit.az bildirir ki, Eddi cordan uzun illər komanda rəhbərliyi edib və düşünür ki, Audi uğura mane ola biləcək böyük səhv edib. Bu səhv bazanı İsveçrədə qurmaqdır.
Eddi Cordan: “Audi-yə böyük bir sualım var. Audidə işləyən Alan MakNiş mənim yaxın dostumdur. Ona uğurlar arzu edirəm. Çox çətin bir işin altına girib.
Şassi İsveçrədə, alman mühəndislərlə və alman istehsalıyla olacaq… Bu qərarı verəndə nə düşündülər? Ən son nə zaman bir İsveçrə ya da Alman komandası çempion oldu? Hamımız Toyota-nın timsalında bunu gördük. Audi-nin hazırda etdiyini etdilər və heç bir işə yaramadı.
Yarış maşını istehsal etmək istəyirsinizsə, İngiltərdən, xüsusən də Nordhemptonşayrda və Oksfordşayrdan daha yaxşı yer yoxdur. Bu bölgələrdə yaşayan insanların böyük yarış təcrübəsi var və hamısı qalib gəlməyə hazırdırlar.
Bir maşını İsveçrədə istehsal etdiyinzidə detalları bir-bir yerli təchizatçılardan sifariş edərsiniz. Sonra bu sifarişlər dörd gün, dörd həftə və ya dörd ay ərzində hazırlanar. Belə olan halda sizin əlinizdən heç bir şey gəlməz.
Bundan başqa İngiltərədə çoxlu sayda təchizatçı var və bunlardan biri sifarişi hazırlaya blilməsə, başqa birindən sifariş verə bilərsiniz. Oradakı təchizatçılar sifarişi hazırlamaq üçün gecə-gündüz işləyirlər. Bu bölgədəki yarış ənənəsinin fəlsəfəsi budur. Məncə, Audi böyük səhv edir”.
Şərh əlavə et