Avropa brendlərindən olan modellərin uzun siyahısı belədir: Alfa Romeo Junior, Audi Q6 e-tron, BMW X2/iX, Citroen C3/e-C3 və C3 Aircross, Cupra Tavascan və Terramar, Dacia Duster, Fiat Grande Panda, Maserati GranTurismo və Grecale, MINI Cooper SE və Countryman, Opel Grandland və Frontera, habelə Porsche Macan. Bundan əlavə, siyahıya eyni anda üç Renault modeli – Renault 5, Symbioz və Rafale, habelə Skoda Superb və Kodiaq, Volkswagen Passat və Tiguan, Volvo EX90 daxil edilib.
Siyahıya həmçinin çinlilərin köməkliyi ilə yaradılmış avtomobillər – Polestar 3 və 4, Smart 3 (bu modellərin yaradılmasında Geely şirkətinin iştirak edib), eləcə də MG 3 və Cyberster daxildir. Siyahıda yalnız iki əsl “çinli” var BYD Seal U və Xpeng G6. Halbuki keçən il bu siyahıda beş model var idi.
Digər ölkələrin avtomobillərinə gəlincə isə, Avropada “İlin ən yaxşı avtomobili” titulu uğrunda Amerikanın Ford Explorer və Tourneo Courier, Koreyanın Hyundai Inster və Santa Fe, Kia EV3 və KGM Torres, eləcə də Yaponiyanın Lexus LBX, Toyota Land Cruiser, Mazda CX-80 və Suzuki Swift modelləri mübarizə aparacaqlar.
Qısa siyahı noyabr ayında açıqlanacaq, qalib isə, 2025-ci ilin yanvarında keçiriləcək Brüssel avtosalonunda elan ediləcəkdir. Xatırladaq ki, ötən il avropalılar ilin ən yaxşı avtomobili kimi Renault Scenic modelini seçiblər.
Şərh əlavə et