Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin Alonsonu məyus edib

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, mövsümün gedişatı onu məyus edib.

Kokpit.az xatırladır ki, Aston Martin komandası hazırda çempionatda 5-ci yerdədir və dördüncü yerdəki Mercedes-dən 193-xal geridə qalır.

Fernando Alonso keçən il ilk 8 yarışın 6-da podiuma yüksəlsə də, bu il fəxri kürsünün üzünə həsrət qalıb. Aston Martin komandasının builki ən yaxşı nəticəsi Səudiyyə Ərəbistanındakı beşincilik olub.

Fernando Alonso mövsümün ilk yarısını belə dəyərləndirib: “Bir az məyus oldum. Hazırda Williams, RB və Alpine-lə mübarizə apardığımızı etiraf etməliyik. Halbuki keçən il ilk dörd komanda ilə mübarizə aparırdıq. İndi onlar əlçatmaz olublar. Buna görə də yay tətilində və mövsümün ikinci yarısında görüləsi çox işimiz var. Əlbəttə, təslim olmayacağıq, amma görüləsi çox iş var”.

Rauf Hacıyev

Şərh əlavə et