Kokpit.az bildirir ki, Red Bull komandası motor və şassi şöbələrini 2026-cı ilə qədər birləşdirmək istəyir. Bununla da “qırmızı öküzlər” Ferrari ilə birlikdə motor və şassi şöbəsi eyni yerdə olan iki komandadan biri olacaqlar.
2026-cı il mövsümündə həm motor, həm də şassi reqlamentində böyük dəyişikliklər olacaq. Motorda MGU-H generatoru ləğv ediləcək, elektrik gücün təsiri isə 50 faizə qədər yüksəldiləcək. Red Bull və Ford tamamilə sintetik yanacaqla işləyən V6 motor təkmilləşdirməyi planlaşdırırlar.
Red Bull komandası Honda-nın ayrılması ilə motoru tamamilə özü düzəltməyə başlayacaq və komandanın taleyini öz əllərinə alacaqlar.
Red Bull komandasının rəhbəfi Krisrtian Horner bildirib ki, bu strategiya onlra uzun müddətdə fayda gətirəcək: “Talyimiz artıq öz əllərimizdədir. Ferrari-dən başqa Formula 1-də motor və şassi şöbələri eyni yerdə olan tək komandayıq. Mercedes-in belə iki fərqli bazası var. Bu mümkünsüz iş kimi görünə bilər, ancaq uzun müddətdə bunun faydasını görəcəyimizi düşünürəm”.
Şərh əlavə et