Kokpit.az bildirir ki, Mercedes komandası Belçikada yenilənmiş altlığı test etmişdi, amma yaxşı işləmədiyi üçün şənbə günü yenidən köhnə altlığa keçmişdi.
Mercedes komandasının baş yarış mühəndisi Əndryu Şovlin bildirib ki, yeni detalları yay tətilindən sonra Zandfortda istifadə edəcəklər: “Spada yeni altlığı maşından çıxardıq və W15-i Silverstoun verisyasına qaytardıq. Bunun səbəbi isə Silverstounda çox yaxşı performans göstərməyimiz idi. Spa və Silverstoun trasları döngəsürətinə görə bir-birinə çox bənzəyir.
Bundan başqa altlığın problem yaratdığı gördük. İndi isə inanırıq ki, bu problemlər yeni detalların xüsusiyyətlərinə görə yox, Spa-da istifadə etdiyimiz sazlanmara görə yaranıb. Bütün bunlara görə maşın sürtəli döngələrdə dalğalanma və balans problemi yaşadı. Silverstoun versiyasına qayıtdıqdan sonra isə maşın normal vəziyyətə qayıtdı.
İndi əlimizdə toplanan məlumatları təhlil etmək üçün çox vaxtımız var. Nəyi səhv etdiyimizi tapacağıq. Zandfortda o altlığı yenidən istifadə edəcəyimizə əminəm”.
Şərh əlavə et