Kokpit.az xəbər verir ki, yaradıcılar qeyd edirlər ki, Pagani Utopia Roadster-in çəkisi 1280 kiloqramdır, yəni Utopia Coupe ilə eynidir. Avtomobil 635 kVt (863 at gücü) hasil edən atmosferli V12 mühərriki ilə təchiz edilmişdir.
Pagani Utopia Roadster-in xüsusiyyətlərindən biri “ağıllı” Pirelli Cyber Tire şinləridir. Onlar sürücü üçün əlavə imkanlar açaraq təkərlərin vəziyyəti haqqında bütün məlumatları bort kompüterinə ötürən xüsusi sensorlarla təchiz olunub.
Pagani Utopia Roadster-in cəmi 130 nümunəsi istehsal ediləcək. Avtomobilin qiyməti 3,1 milyon avrodur.
Şərh əlavə et