Kokpit.az bildirir ki, avstraliyalı sürücü növbəti mövzüm Alpine komandasında Pyer Qaslinin komanda yoldaşı olmağa çox yaxındır.
Fransızlar əvvəlcə Karlos Saynsla maraqlansa da, ispaniyalı sürücü sonda Williams komandasını seçib. Buna görə də “mavilər” başqa alternativləi dəyərləndirirlər.
Bəzi resurslar xəbər verirlər ki, hazırda ən böyük namizəd 500cc motosiklet üzrə Dünya Çempionu Mik Duhənin oğlu Cek Duhən növbəti mövsümdə Esteban Okonu əvəz edəcək.
Müqavilə hələ tam olaraq imzalanmasa da, bəzi formal maddələrin tezliklə əlavə olunacağı və tezliklə bu barədə xəbərlərin çıxacağı deyilir.
Duhən əslində Okon getdikdən sonra əsas namizəd idi, amma komandanın məsləhətçisi Flavio Briatore Karlos Saynsı məsləhət gördükdən sonra gənc sürücünün gələcəyi müəmmalı görünürdü.
Lakin ispaniyalı sürücü Williams komandasını seçdikdən sonra Duhənin bəxti yenidən açılıb. Bundan başqa Cekin F1 maşınlarındakı performası da fransız təmsilçisini onun haqda düşünməyə vadar edib.
Bundan başqa Cek Duhən aşağı seriyalarda HiTech ilə yarışıb. Alpine-nin yeni rəhbəri Oliver Ouks keçmişdə Hitech-də işlədiyi üçün avstraliyalının şansı bir az da artır.
Qeyd edək ki, Duhən 2017-2021-ci illərdə Red Bull-un gənc sürücü proqramında iştirak etsə də, daha sonra oradan ayrılmış və 2022-ci ildə Alpine komandasının gənc sürücü proqramına qatılmışdı. Belə görünür ki, gənc sürü bu qərarı verməklə haqlı çıxacaq.
Duhən Alpine komandasının köhnə maşınları ilə bir neçə test etdikdən sonra Meksika, Əbu Dabi, Kanada və Silverstounda birinci sərbəst yürüşlərdə iştirak edib.
Avstraliyalı sürücü Alpine komandasına transfer olunsa, növbəti mövsüm peletonda üç debütant sürücü ola bilər. Oliver Berman, artıq Haas komandası ilə anlaşıb. Mercedes-in isə Kimi Antonelli ilə müqavilə bağlaması gözlənilir.
Şərh əlavə et