Xəbəri Kokpitdə Oxuyun!

D.Kulthard: Nyui Ferrari-yə getməyəcək

Məşhur Formula 1 şərhçiləri Eddi cordan və Devid Kulthard əfsanəvi Ədrian Nyuinin Ferrari komandasına keçmə ehtimalından danışıblar. 

Kokpit.az xatırladır ki, Ədrian Nyui gələn ilin əvvəlində Red Bull komandasından ayrılacaq və onun növbəti iş yerinin hara olacağı hələ heç kimə məlum deyil. 

Məşhur Formula 1 şərhçiləri Eddi Cordan və Devid Kulthard bu barədə danışıblar və fikirlərini bildiriblər.

Devid Kulthard: “Nyui Ferrari-yə getməyəcək”.

Eddi Cordan: “Niyə belə deyirsən? Bilmək istəyirəm”.

Devid Kulthard: “Çünki çox güvəndiyim resurs mənə bunu deyib. Yol maşınları ilə əlaqəsi olmasa, McLaren-ə də getməyəcək. Hazırda yaxşı işləyən bir şeyə niyə Ədrian Nyuini gətirəsən? McLaren öz inkişaf trendini tapıbdır”.

Eddi Cordan: “Dediyin tamamilə xəyaldır. Mənim və Ədrianın dediklərini xatırlasan, vəziyyət hələ dəqiqləşməyib”.

Sonda Eddi Cordan bunları əlavə edib: “Bəziləri düşünür ki, Red Bull onu qaytarmaq üçün əlindən gələni etməlidir. Amma düşünürəm ki, bunun üçün artıq çox gecdir.

Ədrian artıq boş vaxtını dəyərləndirir. 19 yaşından etibarən ömrünün hər gününü gecə-gündüz işləyərək keçirib. İndi isə 60 yaşlarının ortasındadır və əylənir. Qızı evləndi və indi əvvəllər etmədiyi şeyləri edir”.

Rauf Hacıyev

Şərh əlavə et