Xəbəri Kokpitdə Oxuyun!

Bottasa yeni elçilər çıxıb

İlin sonunda Sauber ilə müaviləsi bitəcək Valtteri Bottasın müştəriləri çıxıb.

Williams komandası bu yaxınlarda Karlos Sayns ilə müqavilə imzalayıb və sürücü bazarı üçün vacib bir söz-söhbətə son qoyub. İspaniyalı sürücü ilə imzalanan müqavilə iki il müddətinə olacaq və buna görə də Sayns artıq sürücü bazarına heç bir təsir göstərməyəcək.

30 yaşlı sürücüyə Sauber/Audi və Alpine müqavilə təklif etmişdi,  lakin indi onlara yeni pilot lazımdır. Çempionatın rəsmi saytının məlumatına görə, Sauber/Audi və Alpine Valtteri Bottasla ciddi şəkildə maraqlanır.

Finlandiyalı pilot daha əvvəl karyerasını Sauber-də davam etdirmək istədiyini bildirmişdi. Buna görə də müqaviləni uzatmaq məntiqli seçim kimi görünür. Bununla belə Bottasla  müqavilə yenilənməsə, Sauber komandasının Kevin Maqnussen və Quanyu Çjou kimi namizədləri qiymətləndirə biləcəyi iddia edilir.

Saynsdan rədd cavabı alan Alpine növbəti mövsüm üçün hələ müqaviləsi olmayan sürücülər arasında ən təcrübəlisi və ən sürətlisi olan Valtteri Bottasa təklif göndərib. Fransa komandası alternativ olaraq Cek Duhəni də nəzərdən keçirir. Mənbələr bildirir ki, Mik Şumaxer artıq Alpine-in siyahısında birinci yerdə deyil.

 

Rauf Hacıyev

Şərh əlavə et