Kokpit.az bildirir ki, Enea Bastianini 10 dövrəlik yarışın 7-ci dövrəsində MArtini ekçərək, 2023-cü ilin Malaziya yarışından sonra ilk qələbəsini qazanıb. Bu həm də italyan sürücünün karyerasındakı ilk sprint qələbəsi olub. İkinci yeri Pramac komandasından Xorxe Martin, üçüncü yeri Aprilia-dan Aleş Esparqaro tutub.
Aleş Esparqaro yarışa pouldan başlasa da, startda Françesko Banyaya onu keçib. Faha sonra Xorxe Martin hər iki sürücünü də keçərək, liderliyə yüksəlib. Bundan sonra Bastianini də Esparqaro və Banyayanı geridə qoyub və qələbə yolunda ilk addımlarını atıb.
Yarışın sonrakı hissələrində Martin və Bastianini yaxın tempdə gediblər. Banyaya ilə Esparqaro isə onları izləyiblər. Lakin Pekko Banyaya yarışın 4-cü dövrəsində sürətli dövrə vurduqdan sonra motosikletinin ön hissəsini itirib və yıxılaraq mübarizəni dayandırıb.
Banyaya mübarizəni dayandırdıqdan sonra Bastianini liderlik üçün Martinə hücumlar etməyə başlayıb və Kops döngəsində rəqibi ilə yan-yana gəlib, amma ispaniyalı sürücü yaxşı müdafiə olunub. Lakin bir dövrə sonra Enea Stov döngəsində ikinci hücumunu reallaşdırıb və bu dəfə Xorxeni keçə bilib. Bundan sonra isə italyan sürücü fərqi açıb və 1 saniyə fərqlə qalib olub. Podiumu Xorxe Martin və Aleş Esparqaro tamamlayıblar.
Beləliklə, yarışdan sonra Martin ilə Banyaya arasındakı xal fərqi birə düşüb.
Gresini komandasının sürücüsü Mark MArkes isə yeddinci yerdə başladığı sprint yarışında dördüncü yerə qədər yüksəlsə də, son dövrədə motosikletinin idarə etməsini itirib və çanqallara ilişib qalıb. Bundan sonra KTM sürücüsü Bred Binder liderliyə yüksəlib. Tech3 GasGas sürücüsü Pedor Acosta isə beşinci olub.
Gresinidən Aleks Markes altıncı, KTM-dən Cek Miller pis start aldıqdan sonra yeddinci olib. Maverik Vinyales isə komanda yoldaşı Aleş Esparqaro qədər fərasətli ola bilməyib və səkkizinci yeri tutub. Onluğu VR46 komandasında Fabio di Canantonio və Trackhouse-dan Migel Oliveira bağlayıblar.
Şərh əlavə et