Kokpit.az bildirir ki, ispaniyalı sürücüsü Aprilia komandasının iki sürücüsü – MAverik Vinyales və Aleş Esparqaro izləyiblər. Əslində Aleş Esparqaro 45 dəqiqəlik sessiyanın əksəriyyətində birinci yerdə olub. Daha sonra MAverik Vinyaels əvvəlcə 2.01.436, daha sonra isə 2.00.319 zaman nəticəsi ilə liderliyi alıb.
Bundan sonra Aleş Esparqaro gözəl dövrə vuraraq 120 saniyənin altına düşən ilk sürücü ilib olub. O, 1.59.769 zaman nəticəsi göstərib. Lakin sessiyanın son 10 dəqiqəsində Xorxe Martin əvvəlcə 1.59.509, daha sonra isə 1.59.383 zaman nəticəsi ilə zirvəni fəth edib.
Maverik Vinyales sonlarda yerlisini keçmək üçün dövrələr vursa da, ən yaxşı nəticəsi 1.59.473 olub və ikinciliklə razılaşıb. Aleş Esparqaro isə komanda yoldaşı Vinyalesdən 0.246 saniyə geri qalaraq 3-cü olub. Bu da Aprilia-nın həftəsonuna yaxşı başlaması demədkir.
KTM komandasından Cek Miller də sessiyanın böyük hissəsində lider olub və yekunda dördüncü yeri tutub. Beşliyi isə Franko Morbidelli bağlayıb.
Altıncı yeri Ducati komandasından Enea Bastianini, yeddinci yeri VR46 ilə yarışan Fabio di Canantonio, 8-ci yeri siə çempionatın lideri Françesko Banyaya tutub. Fabio Kuartararo isə Yamaha ilə bütün gücünü ortaya qoyub və lider Martindən yarım saniyə geridə qalaraq doqquzuncu olub.
Gresini ilə yarışan əfsanəvi MArk Markes isə son dəqiqələrdə Stovda qəza etməsinə baxmayaraq, onluğa düşə bilib və 120 saniyənin altına düşən son sürücü olub.
Tech3 GasGas komandasında Pedro Akosta sərbəst yürüşlərin sonunda çınqıllığa ilişib. Lakin daha sonra trasa qayıdaraq, 2.00.052 zaman nəticəsi ilə Aleks MArkesin və Bred Binderin önündə 11-ci yeri tutub.
Britaniya Qran Prisi həftəsonun 23 sürücü start alıb. Remi Qardner Yamaha komandasında joker kimi yarışıb.
Şərh əlavə et