Xəbəri Kokpitdə Oxuyun!

Sauber Şvartsmanı istəyir?

Sauber komandası növbəti mövsüm üçün Robert Şvartsmanı siyahısına alıb.

Kokpit.az xatırladır ki, Sauber növbəti mövsüm üçün ikinci sürücüsünü hələ tapa bilməyib. İsveçrəlilər Karlos Sayns və Esteban Okonla maraqlansalar da, hər iki sürücü də onların təkliflərinə yox deyərək, başqa komandaya gediblər. Buna görə də Sauber yeni sürücü axtarışına çıxıb.

İtaliya mətbuatının verdiyi xəbərə görə Hinvill mərkəzli komanda heç kimin gözləmədiy halda robert Şvartsmanı dəyərləndirir. Rusiyalı  sürücü bu il Ferrari ilə dözümlülük yarışlarında iştirak edir və həm də Ferrari Formula 1 komandasının  ehtiyat sürücüsüdür.

Sauber-ə yeni transfer olunan Mattia Binotto gənc sürücünü Ferrari-də işlədiyi dövrlərdən tanıyır və həmişə Roberti tərifləyib. Buna görə də Şvartmanın adının Sauber ilə hallanması həm surprizdir, həm də yox.

Sauber başqa gənc sürücü ilə də maraqlanır. Bu Qabriel Bortolletodur. Braziliyalı sürücü keçən il Formula 3-də çempion olmuşdu. O, bu il Formula 2-də ilk mövsümünü keçirir və çempionatda ikinci yerdədir. Lakin Bortoleto Mclaren komandasının gənc sürücü proqramına daxil olduğu üçün bu hal Sauber-ə problem yarada bilər.

Sauber-in gənc sürücü proqramında olan Zeyn Meloni isə namizədlər arasında deyil. Sauber komandasının digər namizədləri isə Valtteri Bottas, Quanyu Çjou və Mik Şumaxerdir. Lakin belə görünür ki, Mikin Sauber-ə gəlmək şansı demək olar ki yoxdur.

Rauf Hacıyev

Şərh əlavə et