Kokpit.az xatırladır ki, Red Bull komandasının idman direktoru Conatan Vitli gələn ilin iyul ayından Audi komandasının rəhbəri kimi işləməyə başlayacaq.
Kristan Horner bu transferdən sonra bildirmişdi ki, Conatan Vitli Red Bull komandasına qazandırdığı uğurlara görə həmişə xoş formada xatırlanacaq.
Lakin Kristian Horner bazar günü Belçika yarışından əvvəl Conatan barədə bunları deyib: “Conatanın getmək istədiyini bilirəm və bunu başa düşürəm. Niyə də yox? O, doğrudan da bahalı işçidir və mən onun yerinə komandaya bir neçə mühəndis gətirə bilərəm”.
Conatan Vitlinin Red Bull-da nə qədər qazandığı bilinməsə də, Kristian Hornerin illik maaşı məlumdur. Britaniyalı komanda rəhbəri ildə 10 milyon dollar pul qazanır və hazırda demək olar ki, Formula 1-də ən çox qazanan komanda rəhbəridir.
Şərh əlavə et