Kokpit.az bildirir ki, Aleş Esparqaro sıralanma turunun sonlarında 1.57.309 zaman nəticəsi göstərib və Banyaya ilə Bastianinin yaşadığı problemlərdən maksimum faydalanaraq poul qazanıb.
Xorxe Martin 4-cü, Mark Markes isə 7-ci yeri tutublar.
Əslində Banyaya sıralanma turunda 118 saniyənin altına düşən ilk sürücü olmuşdu. Bastianini isə komanda yoldaşından 0.1 saniyə geridə qalaraq ikinci yerdə qərarlaşmışdı. Xorxe Martin isə son sektorda vaxt itirdikdən sonra üçüncü yeri tutmuşdu.
Son cəhdlərə gəldikdə isə Ducati sürücüləri bu dəfə problem yaşayıblar. Əvvəlcə Banyaya dəbilqəsinə yapışan bir detala görə dövrəsini yarıda saxlayıb. Daha sonra Bastianini yavaşlayıb və rəqiblərinə yol verib. Buna oxşar hadisə Mark Markesin də başına gəlib. O, iki VR46 sürücüsü tərəfindən bloklandığı üçün əsəbi görünürdü.
Bütün bu hadisələrin fonunda Esparqaro nəticəsini yaxşılaşdırıb və Banyayanı 0.2 saniyə qabaqlayaraq, poul qazanıb. Üçüncü yeri Bastianini, dördüncü yeri Martin tutublar. Aleks Markes isə beşliyi tamamlayan sürücü olub.
KTM ilə yarışan Bred Binder 6-cı, əfsanəvi Mark Markes 7-ci olub. Sıralanma turlarının sonunda Farm döngəsində qəza edən Maverik Vinyales komanda yoldaşı Esparqarodan 0.8 saniyə geridə qalaraq, 8-ci olub. Tech3 GasGas-dan Pedro Akosta isə 9-cu yeri tutub. Onluğu VR46-dan Fabio di Canantonio bağlayıb.
Yer | SÜRÜCÜ | # | MOTOSİKLET | Dövrə | ZAMAN | İnterval | KM/S | ||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | A. EspargaroAPRİLİA RACİNG TEAM | 41 | Aprilia | 7 |
1’57.309 |
180.784 | |||||
2 | F. BagnaiaDUCATİ TEAM | 1 | Ducati | 7 |
+0.208 1’57.517 |
0.208 | 180.464 | ||||
3 | E. BastianiniDUCATİ TEAM | 23 | Ducati | 7 |
+0.384 1’57.693 |
0.176 | 180.194 | ||||
4 | J. MartinPRAMAC RACİNG | 89 | Ducati | 7 |
+0.425 1’57.734 |
0.041 | 180.131 | ||||
5 | A. MarquezGRESİNİ RACİNG | 73 | Ducati | 7 |
+0.508 1’57.817 |
0.083 | 180.004 | ||||
6 | B. BinderRED BULL KTM FACTORY RACİNG | 33 | KTM | 7 |
+0.641 1’57.950 |
0.133 | 179.801 | ||||
7 | M. MarquezGRESİNİ RACİNG | 93 | Ducati | 6 |
+0.789 1’58.098 |
0.148 | 179.576 | ||||
8 | M. ViñalesAPRİLİA RACİNG TEAM | 12 | Aprilia | 6 |
+0.828 1’58.137 |
0.039 | 179.517 | ||||
9 | P. AcostaTECH 3 | 31 | KTM | 7 |
+1.003 1’58.312 |
0.175 | 179.251 | ||||
10 | F. Di GiannantonioTEAM VR46 | 49 | Ducati | 7 |
+1.062 1’58.371 |
0.059 | 179.162 | ||||
11 | J. MillerRED BULL KTM FACTORY RACİNG | 43 | KTM | 7 |
+1.427 1’58.736 |
0.365 | 178.611 | ||||
12 | M. BezzecchiTEAM VR46 | 72 | Ducati | 7 |
+2.362 1’59.671 |
0.935 | 177.215 | ||||
Şərh əlavə et