Kokpit.az xatırladır ki, Renault 2014-cü ildə hibrid güc qurğularına keçdikdən sonra rəqiblərindən temp olaraq geridə qalır. Bundan başqa 2022-ci ildən sonra motorların inkişafı dondurulduğu üçün fransızlar təkmilləşə bilmirlər. Buna görə də komanda motor cəhətdən çox geridə qalır.
Bu isə o deməkdir ki, komanda son illərdə motor cəhətdən problem yaşayır.
Alpine komandasının sabiq rəhbəri Bruno Famin bu fərq barədə danışıb: “FİA-nın statistikası hazırda Renault motorunun rəqiblərondən 15 kilovat geridə qaldığını deyir. 2014-cü ildə hibrid güc qurğularına keçdikdən sonra Renault geridə qaldı.
Güc qurğumuz hazırda 10-15 kilovat geridədir. Bu da hər dövrəyə ortalama 0.2 saniyə itki deməkdir”.
Renault öz güc qurğusunu təkmilləşdirməyi kənara qoyub, 2026-cı ildən müştəri motorlarına keçməyə hazırlaşır. Bruno Famin bildirib ki, bu hal Viri bazasındakı motor şöbəsində işləyənləri narahat edir: “Keçən ikinci gün Viridə böyük toplantı etdik və işçilərə dedik ki, 2026-cı il üçün başqa güc qurğusu layihəmiz var. Bu xəbər onlar üçün şok oldu”.
Şərh əlavə et