Xəbəri Kokpitdə Oxuyun!

C.Vitli gələn ilin iyulundan işə başlayacaq

Red Bull-dan ayrılan Conatan Vitlinin yeni komandası Audi-də nə zaman işləyəcəyi məlum olub.

Kokpit.az xatırladır ki, uzun müddətdi çıxan dedi-qodulardan sonra Conatan Vitli Red Bull ilə yollarını ayırıb. Onda komanda rəhbəri potensialı olduğu üçün əksər komandalar onunla maraqlanırdı. Sonda Audi ona təklif göndərib və tərəflər rəsmi müqavilə bağlayıblar. 

Rəsmi press relizdə bildirilib ki, Conatan Vitli yeni komandası Audi-də  nə zaman işə başlayacağı yazılmasa da, bəzi resurlsar bildirir ki, britaniyalı mütəxəssis yeni işinə gələn ilin iyulunda başlayacaq.

Conatan Vitli isə verdiyi açıqlamada bunları deyib: “Son 18 ildə Red Bull komandasının bir parçası olduğum üçün qürur duyuram. Çoxlu gözəl xatirələrlə komandadan ayrılıram.

Audi-nin ilk formula 1 yarışında komandanın rəhbəri olmaq inanılmaz fürsətdir və bu çətin vəzifəyə artıqlaması ilə hazıram. Bundan başqa uzun illərdir tanıdığım Mattia ilə işləyəcəyim üçün sevincliyəm”.

Rauf Hacıyev

Şərh əlavə et