Kokpit.az xatırladır ki, Corc Rassell Belçika yarışında bir pit-stoplu taktika seçmiş və finiş xəttini birinci yerdə keçmişdi. Lakin yarışdan sonra onun maşını standart 798 kilodan yüngül olmuş və buna görə də yarışdan diskvalifikasiya olunmuşdu.
Mercedes komandası ilkin təhlillərdən sonra səbəbi bir faktor üzərində görməyib, amma komanda nəyin səhv olduğunu anlamaq üçün boliddəki bütün komponentləri ölçməyə davam edir. Əvvəlcə Corc Rassellin tək pit-stoplu strategiyaya görə təkərlərin yeyilməsi və buna görə ağırlıq itirməsi səbəb göstərilirdi.
Lakin komandanın tras üzrə baş mühəndisi Əndryu Şovlin düşünür ki, bu problemdə digər faktorlar da rol oynaya bilər və komanda hazırda bu səbəbləri araşdırır: “Xüsusən də belə geridən gəlib, güclü performans göstərərək qazandıqdan sonra çox məyusuq. Hazırda tam olaraq nəyin baş verdiyini anlamağa çalışırıq. Buna görə də bütün komponentləri araşdırmalıyıq.
Maşın yarış ərzində çox çəki itirə bilər. Təkər yeyilməsi, altlığın yeyilməsi, əyləc yeyilməsi, yağın tükənməsi ola bilər. Sürücünün özü də çox çəki itirə bilər. Xüsusən də bu yarışda Corc çox çəki itirdi”.
Əndryu Şovlin əlavə edib ki, yarışdan əvvəl potensial problem olmayıb və Rassell ilə komanda yoldaşı Lyuis Həmiltonun maşınları sıralanma turundan sonra çəkiləndə demək olar eyni çəkidə olublar: “Maşınlar yarışa eyni çəkidə başladılar.
Lyuis və Corc sıralanma turundan sonra tərəzidə çəkildilər. Maşınların arasında fərq 500 qram civarında idi. Corcun maşını problem yaşadı cə bunun səbəbi təkər yeyilməsinin çox olmasıdır. Belə görünür ki, altlıq da çox yeyilib. Bu məlumatları toplayacağıq və nə edəcəyimizi düşünəcəyik, çünki gələcəkdə bunun təkrarlanmasını istəmirik”.
Spa kimi bir trasda 10 kilo çəkinin 0.3 saniyə fərq yaratdığı bilinr. Buna görə də 1.5 kilo çəki çox az performans artımıan səbəb ola bilər. Lakin Əndryu Şovlin düşünür ki, maşınlar yarışa eyni çəkidə başladığı üçün real faydanı hesablamaq çox çətindir.
Corc Rassell: “Corcla Lyuis yarışa eyni çəkidəki maşınla başladılar. Corcun maşını yarış rəzində Lyuisinkinə nisbətən daha çox çəki itirib və buna görə də bu hər dövrəyə çox cüzu üstünlük gətirib. Rassellin qazancı çox az olacaq, çünki bir ya da iki kilo fərq dövrəvi nəticələrdə özünü çox göstərmir”.
Şərh əlavə et