Xəbəri Kokpitdə Oxuyun!

Horner Red Bull-un yeni strukturundan danışıb

Red Bull Racing-in rəhbəri komandada struktur dəyişikliklərinin olacağını açıqlayıb.

Kokpit.az xatırladır ki, bu gün komandanın idman direktoru Conatan Vitlinin Red Bull-dan ayrılacağı və karyerasına Audi-də davam edəcəyi açıqlanıb. 18 illik fəaliyyətini başa vuran mütəxəssisin ardından komanda daxilində müəyyən struktur dəyişiklikləri də qaçılmaz olub.

Kristian Horner: “Komandamızın uğurlarına verdiyi töhfəyə görə Conatan Vitliyə təşəkkürümü bildirirəm. Red Bull böyük gücə və dərinliyə malikdir və bu, komandanın digər üzvlərini tanıtmaq imkanı verir. Biz yaxın həftələrdə yeni komanda strukturunu elan edəcəyik”.

Xatırladaq ki, daha əvvəl texniki şöbənin rəhbəri Ədrian Nyuinin Red Bull-dan ayrılacağı məlum olmuşdu. Eyni zamanda, müqavilə müddətini artıran Red Bull-un avtoidman məsləhətçisi Helmut Marko komandada qalacaq.

Elçin Zodorov

Şərh əlavə et