Kokpit.az xəbər verib ki, Daniel Rikkardo 2025-ci il mövsümünü VCARB-da tamamlayacaq.
Bu qərarla Red Bull ailəsinin gənc pilotu Liam Lousonun komandadakı gələcəyi təhlükəyə düşüb.
Son həftələrdə Soy Motor tərəfindən nəşr olunan xəbərlərdə, sentyabrda Lousonun yeni müqaviləsi ilə bağlı danışıqların başlayacağı deyilirdi. Buna səbəb Liam Lousonun müqaviləsindəki bənddir.
Bu maddəyə əsasən, Red Bull-un sentyabr ayına qədər Louson ilə müqavilə imzalamaq üstünlüyü var, lakin bu tarixə qədər müqavilə imzalanmasa, gənc pilot istənilən komandaya gedə bilər.
Liam Louson hazırda həm Red Bull, həm də VCARB komandalarının ehtiyat sürücüsüdür. .
Gənc pilot keçən mövsüm zədələnən Daniel Rikkardonun yerinə keçdiyi zaman göstərdiyi performansla 2025-ci il mövsümündə komanda tapmağa ümid edirdi, lakin hazırda işlər onun istədiyi kimi getmir.
Red Bull Şirkətinin idman məsləhətçisi Helmut Marko iyun ayında bu barədə belə danışmışdı: “Tezliklə RB komanda üçün gənc sürücü gətirəcəyik və bu Liam Louson olaca”.
Red Bull komandasının rəhbəri Kristian Horner isə bunu demişdi: “Hazırda kənarda gözləyən və əlinə düşəcək hər fürsəti dəyərləndirmək istəyən istedadlı sürücümüz var. Bu Liam Lousondur. Amma bu fürsətin reallaşıb-reallaşmayacağı ilə bağlı heç nə qərarlaşdırılmayıb. Hazırda əsasən cari sürücülərimiz barədə düşünürük. Görək nə olur”.
Şərh əlavə et