Xəbəri Kokpitdə Oxuyun!

RB Rikkardo ilə davam edəcək

Rb komandası yay tətilindən sonra Daniel Rikkardo ilə yarışmağa davam edəcək.

Kokpit.az xəbər verir ki, Daniel Rikkardo Formula 1-in yay fasiləsindən sonra RB-də qalacaq və Red Bull hələlik heç bir sürücü dəyişikliyi etməmək qərarına gəlib.

Red Bull və RB komandaları komanda strukturunun mövsüm ortasında nəzərdən keçirmək üçün bazar ertəsi Milton Kinsdəki bazasında görüşüblər. Görüşdə Red Bull komandasının rəhbəri Kristian Horner və idman məsləhətçisi Helmut Marko da daxil olmaqla yüksək vəzifəli insanlar iştirak ediblər.

Gündəmin ən vacib xəbəri Serxio Pereslə bağlı nə ediləcəyi idi və Red Bull hələlik onunla davam etmək qərarına gəlib. Danışıqların bir hissəsi də RB komandası ilə bağlı idi.

Yuki Tsunoda Red Bull-a keçmək istəyirdi, lakin hazırkı komandasında qalacağı gözlənilirdi. Rikkardonun gələcəyi daha aydın idi. Avstraliyalı sürücü 2024-cü il mövsümünə qeyri-stabil başlayıb və bəzi sürətli yarışlarına baxmayaraq, davamlı olaraq güclü performans nümayiş etdirməkdə çətinlik çəkirdi.  Rikkardo, Peresin komandadan kənarlaşdırılacağı təqdirdə Red Bull-a keçmək üçün namizədlərdən biri oldu, lakin o performansını artırmasa, dərhal RB-dən uzaqlaşdırıla və Liam Louson ilə əvəz oluna bilərdi.

Ancaq Rikkardo son yarışlarda bir az özünə gəlib və Belçika yarışında xal qazanıb. Buna görə də Red Bull onun performansından çox yazıdır və hələlik dəyişiklik etməyə tələsmir. Avstraliyalı sürücü bu ilin əvvəlində problemlər yaşasa da, düşünür ki, komanda onun yaxşı performans göstərməsi üçün çox işləməlidir.

RB komandasının idarə heyətinin rəhbəri Piter Bayer: “Qətiliklə deyə bilərəm ki, Daniel bizə çox kömək etdi. Keçən il komandaya gələndə tamamilə yeni enerji və ruh gətirdir. Yukiyi də çox dəstək oldu. Yuki bu yaxınlarda demişdi ki, Danieldən çox şey öyrənib və öyrənməyə davam edir. Səhmdarlarımızın bizdən tələblərindən biri də sürücüləri təkmilləşdirməkdir. Hazırda biz də bunu edirik”.

Daniel Rikkardo isə komandadakı gələcəyi barədə belə danışıb: “Mənə bir söz deyilmədi, amma özüm-özümə “işinlə məşğul ol və sürərini artrı” deyirəm. Eyni zamanda növbəti mövsümdə öz işimi siğortalamaq istəyirəm. Buna görə də əvvəldən demişdim ki, tətildən əvvəlki son iki yarış karyeramın ən vacib iki yarışı olacaq. Bəli mənə xüsusilə biz söz demədirlər. Amma mən özümə yetəri qədər söz demişəm”.

 

 

Rauf Hacıyev

Şərh əlavə et