Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Oliver Ouks Alpine-ə rəhbər təyin olunub

Alpine komandası Formula 2 və Forula 3-də mübarizə aparan Hitech komandasının rəhbəri Oliver Ouksu yemi komanda rəhbəri təyin edib. 

Kokpit.az bildirir ki, 36 yaşlı Ouks beləliklə 2005-ci ildə 31 yaşı olarkən Red Bull komandasına rəhbər gələn Kristian Hornerdən sonra Formula 1 tarixinin ikinci ən gənc komanda rəhbəri olub.

Rəsmi açıqlamadan sonra Oliver Ouks fikrini belə ifadə edib: “Luka de Meo və flavio Briatore Alpine komandasını yenidən rəqabətə davamlı hala gətirmək istəyirlər və buna görə onlara çox minnətdaram. Komandada çoxlu istedadlı insanlar var və resurları əladır.

Bu mövsümün geri qalanında və gələcəkdə çox uğur qazanacağımıza əminəm. Yaytətilindən sonra  yeni vəzifəmə başlamaq üçün səbirsizlənirəm”.
Renault-nun idarə heyətinin rəhbəri Luka de Meo isə bu açıqlamaları verib: “Olinin komandaya komandaya qoşulmasından və idman tarixinin ən gənc rəhbərlərindən biri olmasından çox razıyam. Bu komanda gələcəkdə uğur qazanmaq üçün inşa edilir və Olinin yüksək vəzifəyə təyin olunması bunun göstəricisidir. Onun enerjisindən və yarışa olan sevgisindən faydalanmaq, və fikirlərini həyata keçirməyi səbirsizliklə gözləyirik”.
Komandanın məsləhətçisi Flavio Briatore də əmindir ki, Oliver Ouks liderlik cəhətdən komandaya çox şey qatacaq: “Oli Ouksu komandamıza gətirdiyimiz üçün çox sevincliyəm. O, çox istedadlı bir insandır. Doğrudan da əsl liderdir və uğurlu keçmişə sahibdir.
Bu komanya gəlməsi, komandamıza və gələcək vəd edən gənclərə olan inancımızı göstərir. Onunla bir yerdə peletonda yüksəlməyə və yarış qazanmağa köklənəcəyik”.

Qeyd edək ki, Alpine komandasının növbəti mövsümdən Renault motorlarından imtina edərək, Mercedes motorlarına keçməsi gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et