Kokpit.az bildirir ki, Next Gen müasir texnologiyaları özündə birləşdirən, ailəsi və ya dostları ilə səyahət edənlərin komfortunu yüksəldən xidmətlər təklif edir. Yeniliklə bağlı yeganə pis xəbər odur ki, onun nə zaman uçuşlara başlayacağı hələ də məlum olmayan Boeing 777X təyyarələrində yerləşdiriləcəyidir.
İlk Qsuite xidmətinin təqdim edilməsindən artıq 7 il keçib. Şirkətin uzaq məsafələrə uçan təyyarələrinin çoxunda bu xidmət olsa da, hamısına yerləşdirilməyib. Qsuite Next Gen isə bir neçə gün əvvəl Farnboro Aviasiya Şousunda təqdim edilib və çoxları tərəfindən yüksək qiymətləndirilib. Next Gen-də əvvəlki ilə eyni konfiqurasiyadan istifadə edilib. Önə və arxaya dönən qoltuqların yer aldığı konseptdə xüsusilə birgə səyahət edənlərin çox xoşuna gələcək bir sıra yeniliklər mövcuddur:
- Quad Suite-də 4, Companion Suite-də isə 2 sərnişin üçün göy üzündə limitsiz multimedia həzzi yaşamağa imkan verən 4K OLED Panasonic Astrova əyləncə ekranı
- İçərinin işıqlandırılması, gizlilik nəzarəti və digər imkanları yaradan sistem
- Daha böyük qoltuqlar daha böyük ikinəfərlik yatağa çevrilir
- Sərnişinlərə ayrılan hissələr genişləndirilib, onların məhrəmiyyətinə daha çox diqqət edilib
- Sərnişinlərin bahalı əşyalarını saxlaya biləcəyi yenilənmiş qutular
- Mobil cihazların naqilsiz doldurulması üçün yeni vasitələr və s.
Bir daha qeyd edək ki, bu kabinələr Boeing-in hamını intizarda saxlayan başıbəlalı 777X seriyasının 777-9 təyyarələrinə quraşdırılacaq. Bu təyyarələrdən Qətərin bayraqdar aviadaşıyıcısı 60 ədəd sifariş verib və onların 2025-ci ilin sonu – 2026-cı ilin əvvəllərindən etibarən təslim ediləcəyi gözlənilir. Lakin nəzərə alsaq ki, sözügedən təyyarə hələ də yekunlaşmaq bilməyən sertifikasiya prossesindədir, təslimat tarixlərində sürüşmələr ola bilər…
Şərh əlavə et