Xəbəri Kokpitdə Oxuyun!

Növbəti 3 yarışın təkərləri açıqlanıb – Bakıda hansı təkərlər olacaq?

Pirelli İtaliya, Azərbaycan və Sinqapur Qran Priləri üçün təkər seçimini açıqlayıb.

Kokpit.az bildirir ki, çempionatın təkər təchizatçısı hər 3 trasa ən yumşaq üçlüyü – C3, C4 və C5 tərkiblərini gətirəcək. Bu yarışlara keçən il də eyni tərkiblər verilib. Əslində Bakı Şəhər Halqası və Marina Bey kimi traslara ən yumşaq təkərlərin gətirilməsi normal haldır. Lakin Montsada bizi sürprizlər gözləyə bilər. Çünki əfsanəvi trasda yeni asfaltın döşənməsi prossesi cəmi bir neçə həftə əvvəl tamamlanıb.

Yarış/Tərkib C1 C2 C3 C4 C5
Bəhreyn
Səudiyyə Ərəbistanı  –  –
Avstraliya  –
Yaponiya
Çin
Mayami
Emiliya Romanya
Monako
Kanada
İspaniya
Avstriya
Britaniya
Macarıstan
Belçika
Niderland
İtaliya
Azərbaycan
Sinqapur

Elçin Zodorov

Şərh əlavə et