Kokpit.az xatırladır ki, monakolu sürücü pouldan başladığı Belçika yarışını dprdüncü yerdə bitirsə də, Corc Rassellin diskvalifikasiyasına görə üçüncülüyə yüksəlib və podium qazanıb.
Yarış bitdikdən sonra Şarl Lekler təəssüratlarını belə bölüşüb: “Məncə, hər şey çox bəsitdir. Sürətimiz az idi. Yarışda dördüncü sürətli komanda kimi hiss etdim. McLaren və Red Bull-u onsuz da gözləyirdik, amma Mercedes gözlədiyimizdən sürətli oldu. Normal yarışda belə bir trasda onları arxada tutmaq çox çətin məsələ idi. Maks və Landonu yarışın sonlarında arxamızda saxlayaraq əla iş gördük, amma bu yarışda ümid edəcəyimiz ən yaxşı nəticə dördüncülük idi.
Məncə, heç də müsbət həftəsonu olmadı. Önümüzdə Red Bull olsaydı, məncə yaxşı həftəsonu olardı, ancaq bərabər gücdə olduğumuzu düşündüyümüz Mercedes bizi qabaqladı və bizə qarşı üstünlük qazandılar. Buna görə də bu nəticəni müsbət nəticə görmürəm.
Strategiya cəhətdən səhv etdiyimizi düşünmürəm. Sadəcə yarışda saf sürətimiz o qədər də yaxşı deyildi. Belə olan halda nə edirsinizsə -edin strategiya ilə həmişə yer itirərsiniz və bizim də tempimiz yox idi.
Yarışda iki McLaren və bir Red Bull-dan sonra ən yaxşı nəticənin dördüncü yer olacağını düşünürdüm. Məni məyus edən şey isə önümüzdə iki Mercedes və bir McLaren-in olmasıdır. Lakin biz düşünürdük ki, Mercedes-lə bərabərik.
Yarışın sonlarında maşında dalğalanma var idi. Buna görə də yüksək sürətdə çətinlik çəkməyə başladıq. Yəni yarışın sonlarında çoxalmışdı, amma bezdirici səviyyədə deyildi.
Sıralanma turundan sonra hamı deyirdi ki, Maks Ferstappen yarışı qazanacaq. Şəxsən mən düşünürdüm ki, McLaren komandası bu həftəsonu sürət cəhətdən üstün olacaq. Lakin yarışda bu üstünlüyün elə də çox olmadığını gördüm. Yenə də Red Bull və Mercedes ilə birlikdə onlar çox sürətli idilər.
Bütün komandaların belə yaxın olmaqlarını görmək gözəldir. Heyif ki, ən sürətli dördüncü komandayıq və ilk üçlük davamlı dəyişir. Amma biz davamlı olaraq onlarda geri qalırıq. Buna görə də daha çox tempə ehtiyacımız var”.
Şərh əlavə et