Kokpit.az xatırladır ki, ispaniyalı sürücü çətin keçən Belçika yarışını 9-cu yerdə bitirib və iki xal qazanıb. Lakin yarışdan sonra Corc Rassellin diskvalifikasiya olunması ilə 8-ci yerə yüksəlib və qazandığı xal sayı 4 olub.
Yarışdan sonra Fernando Alonso bildirib ki, pit-stopa gec gedib və sonra Hard təkərlə tempə yaxşı nəzarət edib. İkiqat Dünya Çempionu təhlükəsizlik maşını gözlədiyi üçün pitə gec gedib və buna görə də tək pit-stoplu strategiya seçib.
Fernando Alonso: “Doqquzuncu yeri tutduğum çətin yarışdan sonra iki xal qazandığıma görə sevincliyəm. Bu gün üçün bir neçə fərqli strategiya planlaşdırmışdıq. Yarışın ilk hissəsini Medium təkərlə keçirdik və daha sonra Hard təkərə keçdik. Bundan sonra tempimizə yaxşı nəzarət etdik. Təkər yeyilməsi yaxşı idi.
Düşündük ki, təhlükəsizlik maşını çıxa bilər, amma çıxmayandan sonra tək pit-stoplu strategiyaya keçmək qərarına gəldik. Bu qərar işə yaradı və xal qazana bildik. İndi qısa fasilə vermək və enerji toplamaq vaxtıdır. Tətili səbirsizliklə gözləyirəm.
Yay tətilindən sonra mübarizə aparmağa davam edəcəyik. Mövsümün ikinci yarısında inkişaf etmək üçün gözməli çox işimiz var”.
Şərh əlavə et